Gürcüstan Prezidenti Azərbaycanı müstəqillik günü münasibətilə təbrik etdi

Gürcüstan Prezidenti Azərbaycanı müstəqillik günü münasibətilə təbrik etdi
23 2020 09:29


Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.  

Məktubda deyilir: 

“Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram. 

Bu əlamətdar gündə Gürcüstanın güclü tərəfdaşımız olan Azərbaycan Respublikası ilə dostluq və qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamaq istərdim. Əminəm ki, ölkələrimiz arasındakı sıx əməkdaşlıq əlaqələri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da dərinləşəcək və güclənəcəkdir. 

Bu gün biz qlobal pandemiya ilə üzləşərkən hökumətinizin COVID-19-la mübarizədə göstərdiyi səyləri və əldə edilən uğurları xüsusi vurğulamaq istəyirəm. Mən inanıram ki, ortaq səylərimizlə biz koronavirusun qarşısını ala biləcəyik. 

Cənab Prezident, xahiş edirəm Sizə olan ən yüksək ehtiramımla bərabər, dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və tərəqqi arzularımı da qəbul edin”. 

26 May 2020
Siyasət

Həsən Ruhani İlham Əliyevə məktub ünvanladı

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Prezident İlham Əliyevə məktub ünvanlayıb. 

26 May 2020
Siyasət

Ülvi Quliyev: “Şamaxıdakı ziyarətgahların bərpası savab işdir”

“Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı şəhərinə səfəri koronavirus pandemiyası dövründə də regionların sosial-iqtisadi inkişafının diqqət mərkəzində saxlanıldığının bariz nümunəsidir”.

26 May 2020
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda körpələr-evi uşaq bağçasının açılışında - FOTO/VİDEO + YENİLƏNİB

Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının mayın 25-də açılışları olub.

26 May 2020
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva nəqliyyat vasitələri ilə tanış oldular - FOTO/VİDEO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxıblar.

26 May 2020
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Pir Ömər Sultan ziyarətgahı ilə tanış olublar - FOTO/VİDEO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında olublar.