Günəşdə maqnit qasırğası olub

Günəşdə maqnit qasırğası olub
11 2019 16:20

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası iyulun 11-nə olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Realpress.az-a verilən məlumata görə, kosmik hava durumu - Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb. Hesabat dövründə Günəş küləyi parametrlərində güclənmə müşahidə olunub. Günəş küləyinin sürəti ~600 km/san intervalında olub. 

Geomaqnit sahə son 24 saat ərzində Günəş küləyinin təsiri hesabına fasilələrlə sakit (Kp=3,4) və G1 (Minor) səviyyəli qasırğa (Kp=5) şəraitlərində olub. G1 səviyyəli qasırğa əsasən 60○şimal en dairəsindən yuxarı bölgələr üçün xarakterik sayılır. Xatırladaq ki, Azərbaycan 38○24ꞌ və 41○54ꞌ şimal en dairələri arasında yerləşdiyindən qasırğanın mənfi təsirinə məruz qalmır. 

Kosmik hava proqnozuna əsasən, iyulun 11-13-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. İyulun 11-12-də geomaqnit sahədə həyəcanlaşmaların davam edəcəyi proqnozlaşdırılsa da, iyulun 13-də nisbi sakit şəraitə qayıdacağı istisna edilmir (Kp=3, 4). Maqnit qasırğasının yaranması ehtimalı 11 iyulda 10%-dən, 12 və 13 iyulda 5%-dən aşağı qiymətləndirilir. 


13 Dek 2019
Cəmiyyət

Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur - Oğlu

Bakıda keçirdiyi qəza ilə bağlı Türkiyədə müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur.

13 Dek 2019
Cəmiyyət

Bakıda ağac lüks avtomobillərin üstünə aşdı: Sahibinin axşam toyu olacaq - VİDEO

Bakıda ağac lüks avtomobillərin üstünə aşdı: Sahibinin axşam toyu olacaq - VİDEO

13 Dek 2019
Cəmiyyət

Məktəblərdə nöqsanlara görə bir nəfər işdən çıxarıldı, yeddisinə töhmət verildi

Bu ilin noyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 23 müraciət daxil olub.

13 Dek 2019
Cəmiyyət

Vilayət Eyvazov Novruz Məmmədovun oğluna yeni vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq baş nazir Novruz Məmmədovun oğluna yüksək vəzifə verib.