Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ
21 2019 14:00


Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında şimal küləyi güclənəcək.

Bunu realpress.az-a açıqlamasında Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, güclü külək sentyabrın 22-si səhər saatlarına kimi davam edəcək:

“Ən güclü külək bu gün gündüz və axşam müşahidə olunacaq. O zaman küləyin maksimal sürəti saniyədə 30-35 metr arası olacaq.

Bu müddət ərzində respublikanın rayonlarında isə hava şəraiti qeyri-sabit olacaq. Rayonlarda yağış yağacaq. Əsasən, dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv olacağı proqnozlaşdırılır. Proses kəskin və qısamüddətli olacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlara müraciət edərək ehtiyatlı olmalarını bildirib:

“Güclü külək nəticəsində irigövdəli ağacların aşması, onların budaqlarının sınması təhlükəsi var. Ona görə də vətəndaşlarımıza diqqətli olmaları, ağacların altında durmamaları, maşınları ağacların altında saxlamamağı tövsiyə edirik. Valideynlər uşaqları küləkli havada həyətə nəzarətsiz buraxmasınlar”.


22 Noy 2019
Cəmiyyət

Bunu edən sürücülər 40 manat cərimələnəcək - YOL POLİSİNDƏN XƏBƏRDARLIQ

Havalar soyuduqca, yağışlar yağdıqca yollarda vəziyyət heç də ürəkaçan olmur. Yollardakı su gölməçələri piyadalar üçün problemə çevrilir. Çünki elə sürücülər var ki, yol kənarında dayanan piyadaları belə nəzərə almır. Əksinə sürət həddini daha da yüksəldərək, onların üst-başlarını batırmağa nail olurlar.

22 Noy 2019
Cəmiyyət

Avro-2020-yə son 4 vəsiqə üçün püşk atıldı

Bu gün İsveçrənin Nyon şəhərində Avro-2020-nin pley-off mərhələsinin püşkü atılıb.

22 Noy 2019
Cəmiyyət

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova telejurnalist Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.