Güclü külək nəticəsində estakadada olan neftçilər dənizə düşüb

Güclü külək nəticəsində estakadada olan neftçilər dənizə düşüb
15 Dek 2016 11:13

Dekabrın 15-də səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

“Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə ilə əlaqədar yaydığı ilkin məlumatda deyilir ki,

estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

1. Zülfüqarov Güloglan - maşinist

2. Zülfüqarov Azay - operator

3. Qurbanov Vidadi - operator

4. Həsənov Elçin - mexanik

5. Hacıəliyev Həsənağa - operator

6. Qafarov İlham - operator

7. Əsədov Samir - operator

8. Bəhrəmov Cavid - operator

9. Abbasov Ramiz - maşinist

10. Rüstəmov Qorxmaz - operator

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və ''Xəzər Dəniz Gəmiçiliyi'' QSC-nin gəmiləri cəlb olunmuşdur. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və “Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılmışdır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcəkdir.


22 Sent 2023
Cəmiyyət

Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında tərk edilmiş döyüş mövqeyi - VİDEO

Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında erməni separatçıların tərk etdikləri döyüş mövqeyinin görüntüləri yayılıb.

22 Sent 2023
Cəmiyyət

Azərbaycandan turist axını 23 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşlarımızın ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artaraq 1 209 min nəfər olub.

22 Sent 2023
Cəmiyyət

Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktor minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB

Şuşada Azərbaycan Ordusunun nəzarətinə keçən ərazidə traktor minaya düşüb, araşdırma aparılır.

22 Sent 2023
Cəmiyyət

Saleh Məmmədov Masallıda vətəndaşları qəbul edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Masallı rayonunda vətəndaşları qəbul edib.