Gözün buynuz qişasının Azərbaycana idxalına icazə veriləcək

Gözün buynuz qişasının Azərbaycana idxalına icazə veriləcək
31 2017 09:21

Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək.

APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin Səhiyyə Komitəsində müzakirəyə çıxarılan və Milli Məclisə tövsiyə edilən “Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihədə əksini tapıb.

Layihəyə əsasən, gözün buynuz qişası Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında yer almayacaq.

Komitədə “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihə də müzakirəyə çıxarılıb.

Layihədə bu siyahıya gözün buynuz qişasının daxil edilməsi nəzərdə tutulur.

Başqa sözlə, gözün buynuz qişası xüsusi icazə əsasında Azərbaycana idxal olunacaq 

Hər iki layihə Mili Məclisə tövsiyə edilib.


30 Noy 2023
Cəmiyyət

Növbəti köç karvanı Laçın şəhərinə çatdı

Noyabrın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

30 Noy 2023
Cəmiyyət

Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.

30 Noy 2023
Cəmiyyət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.