Gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram

Gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram
02 2017 15:20

ABŞ-ın “Microsoft” korporasiyasının mühəndisləri gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram hazırlayıblar.

Yeni proqram fiziki imkanları məhdud olan insanlara ünsiyyət qurmaqda kömək göstərmək üçün nəzərdə tutulub.

AZƏRTAC “runews24.ru” saytına istinadla xəbər verir ki, məhsulun yaradılması zamanı “Microsoft” mühəndislərinə ABŞ-ın Vaşinqton Elmi Universitetinin mütəxəssisləri texniki dəstək göstəriblər. “Eye-gaze” adlandırılmış proqram videokameraya smartfon və ya fablet istifadəçilərinin gözlərinin hərəkətini izləməyə imkan verir. Proqram göz bəbəklərinin hərəkət trayektoriyasını yadda saxlayaraq məlumatları virtual klaviaturanın düymələrinə köçürərək modelləşdirə bilir.

Unikal proqramdan istifadə etdikdə mürəkkəb bir cümlənin yığılmasına bir dəqiqə yarım vaxt sərf olunacaq.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.