Gözlə idarə olunan smartfon hazırlanıb

Gözlə idarə olunan smartfon hazırlanıb
06 2017 17:09

Çinin ikinci ən böyük smartfon və telekommunikasiya avadanlığı istehsalçısı “ZTE” şirkəti istifadəçinin göz bəbəyinin hərəkəti vasitəsilə verilən komandaları yerinə yetirən smartfon hazırlanmasını açıqlayıb.

AZƏRTAC “TASS”a istinadən xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, smartfon ön kamerada quraşdırılan xüsusi texnologiya sayəsində gözlərin hərəkətinə reaksiya verir. Qurğunun üst tərəfi onu asanlıqla divara bərkitməyə və ehtiyac yarandıqda çıxartmağa imkan verən xüsusi materialla örtüləcək.

Layihə iştirakçıları bildirirlər ki, yeni qurğu sayəsində istifadəçi əksər gündəlik vəziyyətlərdə həyatını asanlaşdıra biləcək (məsələn, bir əllə tutacaqdan tutmağın, digəri ilə telefonu saxlamağın lazım olduğu metroda). Bunun üçün virtual səhifələri dəyişməyə ehtiyac qalmayacaq və gözləri yalnız fırlatmaq tələb olunacaq.

Mütəxəssislər qeyd ediblər ki, hazırda yeni smartfon sınaq, eləcə də layihənin gələcək maliyyələşməsi ilə bağlı bir sıra detalların razılaşdırılması mərhələsindədir.

“ZTE” məhsulu ictimaiyyətə bu ilin sentyabrında təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, “ZTE” şirkəti Çində həm dünya smartfon istehsalçılarından “Samsung Electronics”, “Apple”, “Huawei”, həm də “Lenovo” və “Xiaomi” kimi yerli şirkətlərlə rəqabət aparır.


13 İyun 2025
Dünya

Türkiyədə zəlzələ oldu

Türkiyənin Sivas vilayətinin Gürün rayonunda 4 bal gücündə zəlzələ qeydə alınıb.

13 İyun 2025
Dünya

İsrail on minlərlə əsgəri xidmətə çağırır

İsrail Müdafiə Ordusu on minlərlə əsgəri xidmətə çağırır.

13 İyun 2025
Dünya

İranda 60-dan çox məkan vurulub

Hazırda İranda 60-dan çox vurulan məkanda yardım və xilasetmə işləri aparılır.

13 İyun 2025
Dünya

İsrail səfərbərlik elan etdi

İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) ehtiyatda olan hərbçilərin (rezervistlər) səfərbər olunduğunu elan edib.

13 İyun 2025
Dünya

İlham Əliyev TDT ölkələrinin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev iyunun 13-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.