Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev Əziz Əliyevin milli tibb kadrları və səhiyyə işçilərinin hazırlanmasında çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri haqqında danışıb.
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov Əziz Əliyevin həyatı və fəaliyyəti haqqında məruzə edərək qeyd edib ki, xalqımız öz şərəfli tarixinə nəzər yetirərkən Vətəninə, xalqına sadiq olan şəxsləri çox incəliklə və qayğı ilə yada şalır. Onların arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin xüsusi rolu var. Respublikanın Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Ə.Əliyev nail olduğu təcrübəsini, istedadını, sönməz enerjisini respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəldib.
Ə.Əliyevin elmi fəaliyyəti də geniş olub. Beləki, o 1929-cu ildə aspiranturanı bitirərək müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib və sonradan Azərbaycan Tibb İnstiutunun terapiya kafedrasında həm assistent,həm də dosent vəzifəsində çalışarkən respublikamız üçün vacib problemlər üzərində həvəslə və məharətlə işləyib. Həmin dövrdə azərbaycan dilində həkimlərin və tələbələrin kliniki hazırlığı üçün zəruri olan ilk «Klinik analizlər» dərsliyini Ə.Əliyev nəşr etdirdi. 1937-ci ildə Əziz Əliyev «Eksperimental nefrit» doktroluq dissrtasiyasını müdafiə edir. Bu iş Azərbaycan təbibləri tərəfindən müdafiə olunmuş ilk doktorluq dissertasiyalarından biri idi. Elmi əsər SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülüb.Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə aiddir.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.