Gömrükdə “Simba” ləqəbli it narkotik vasitəni aşkar etdi – FOTO

Gömrükdə “Simba” ləqəbli it narkotik vasitəni aşkar etdi – FOTO
10 2017 17:00

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında “Samur” gömrük postunun ixrac nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz 0303” markalı sərnişin avtobusunda olan yüklərə “Simba” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, yoxlama zamanı kinoloji xidmət iti avtobusun yük yerində olan 1 ədəd qutuya reaksiya verdiyindən həmin qutu açılaraq içərisinə baxış keçirilib. 

Baxış zamanı qutudakı mürəbbə qablarının arasında karton kağıza bükülü şəkildə, spesifik iyə malik, qara rəngli, xalis çəkisi 10,575 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


17 Fev 2021
Kriminal

Azərbaycanda daha iki nəfər koronavirusdan öldü - FOTO

Azərbaycanda son sutkada koronavirusa 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

8 Fev 2021
Kriminal

Peskov koronavirus barədə: “Dünya avqustda adi həyat tərzinə qayıda bilər”

“Yayda koronavirusa qarşı immuniteti formalaşan insanların sayı 60 faizə çatacaq”.

25 Dek 2020
Kriminal

Evi tərk edən COVID-19 xəstələrinə cinayət işi açıldı

Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb. 

25 Avq 2020
Kriminal

Rusiyada qanunsuz ağac kəsən azərbaycanlılara hökm oxundu

Rusiyanın Sverdlovsk vilayətinin Nijni Taqil şəhəri yaxınlığında qanunsuz ağac kəsən üç Azərbaycan vətəndaşına hökm oxunub.

31 May 2020
Kriminal

DİN: Ruslan Əmirov polisə tabe olmadığına görə həbs edilib

Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ruslan Əmirovun həbsi ilə bağlı məlumat yayıb.