Gənclərin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir

Gənclərin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir
09 Dek 2016 10:43

Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) tələbə gənclər təşkilatının nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubu üzvlərinin Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyevlə görüşü keçirilib. Görüş “Ali qonaqlar, elmi maraqlar” layihəsi çərçivəsində təşkil edilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdən öncə bu ali təhsil ocağının tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev qonağa ADU-nun təhsil sistemi, fakültə və kafedraları barədə məlumat verib.

Tələbələrlə görüşdə V.Quliyev təmsil etdiyi sektorun gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirdiyini bildirib. Gənclərin fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən sektor müdiri müasir gəncliyin dövlət siyasətinin bir hissəsi olduğunu və onların həyata keçirdiyi təşəbbüslərin dövlətimizin başçısı tərəfindən daim dəstəkləndiyini bildirib.

V.Quliyev gəncləri dövlətimizin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə etməyə çağırıb.

Sonra tələbələrin sualları cavablandırılıb.


9 Dek 2023
Cəmiyyət

Müdafiə Nazirliyi: "Növbəti ildə azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edəcək"

Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.

9 Dek 2023
Cəmiyyət

Hindistanda güclü qasırğa 24 nəfərin ölümünə səbəb oldu

“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.

9 Dek 2023
Cəmiyyət

Zakir Həsənovdan mühüm tapşırıq

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

9 Dek 2023
Cəmiyyət

İstirahət gününün HAVA PROQNOZU - Evdən çıxarkən çətirləri unutmayın

Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.