Gənclər haqqında qanun dəyişdirildi

Gənclər haqqında qanun dəyişdirildi
12 2019 16:47


Parlamentin fevralın 12-də keçirilən növbəti plenar iclasında “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. 

Realpress.az xəbər verir ki, həmin dəyişikliklərdə qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edəcəklər.

Bundan əlavə, ölkədə 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək. Bununla yanaşı, onlar arasında zərərli vərdişlərə qarşı təbliğat aparılır və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə həyata keçirilir.

Eyni zamanda, qanuna edilən dəyişikliklərə əsasən, gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir.

Qeyd edək ki, qanunun hazırkı variantına əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra beş il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Yeni dəyişikliklərdə isə bu müddətin artırılaraq 10 ilə qaldırılması təklif edilib. 

Həmçinin, yeni dəyişikliklərlə “gənc alim və tədqiqatçı” anlayışı dəqiqləşdirilib. Bundan sonra gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclərin siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.

Mövcud qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər. 

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.


3 Apr 2020
Siyasət

İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub.

3 Apr 2020
Siyasət

Milli Məclis “Facebook”a gəlir

Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə islahatlara başlayıb.

2 Apr 2020
Siyasət

Azərbaycanda xüsusi karantin dövründə iş rejimi belə tənzimlənəcək - QƏRAR

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

2 Apr 2020
Siyasət

Məleykə Abbaszadə: “Biz sadəcə gözləyərək vaxt itkisinə yol verə bilmərik”

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyent, məzun, müəllim və valideynlərə müraciət edib.