Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (GTMŞ) “Step IT Akademiyası”nın tərəfdaşlığı ilə “Nifrət nitqinə yox hərəkatı” kampaniyası çərçivəsində “Gənclər internetdə nifrət nitqinə qarşı” mövzusunda konfrans təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi gənclərin internetdən təhlükəsiz istifadəsi və onların onlayn nifrət nitqi ilə mübarizə metodları mövzusunda maarifləndirilməsi məqsədi daşıyıb.
Konfransda gənclərin internetdən düzgün istifadə qaydaları, sosial şəbəkələrdə insan hüquqlarının qorunması və nifrət nitqinə qarşı onlayn mübarizə mövzusunda müzakirələr aparılıb. Həmçinin yeniyetmə və gənclər arasında təhlükəsiz internet davranışının formalaşması, kibercinayətkarlıq, internetdə insan hüquqlarının pozulması və onunla mübarizə metodlarından danışılıb. Müzakirələr zamanı əhatə olunan mövzularla bağlı gənclər tərəfindən səsləndirilən fikirlər əsasında təkliflər paketi hazırlanıb. Hazırlanan təkliflər paketi müvafiq dövlət qurumuna təqdim olunacaq.
GTMŞ-in sədri Seymur Hüseynov konfransın əhəmiyyətindən danışaraq deyib: “Müasir dünyada internet gündəlik həyatımızın vacib hissəsinə çevrilib. Biz sevinirik ki, gənclərimiz İKT sahəsi ilə dərindən maraqlanır, kibertəhlükəsizlik məsələlərinə ciddi yanaşırlar. Kibercinayətkarlığın adi cinayətkarlıqla heç bir fərqi yoxdur. Bir insanın şərəf və ləyaqətinə, hisslərinə “Facebook”da toxunmaq, real həyatda bunu etməklə eynidir. İnternetdən daha məsuliyyətli istifadə edilməsi, internetdə nifrət nitqinə yol verilməməsinin təbliği məhz “Nifrət nitqinə yox hərəkatı” kampaniyasının əsas vəzifəsidir”.
Günəşdə aktiv oblastlarda baş verən güclü alışmalar hesabına oktyabrın 5-6-da Yerdə güclü geomaqnit qasırğası baş verəcək.
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb.
"Gəncəyə atılan "Skad" İkinci Dünya müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi".