Gəncə şəhərinin Kəpəz rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 21 kvadratmetr olan ərzaq mağazasında yanğın baş verib. Hadisə nəticəsində obyektə bitişik olan meyvə-tərəvəz mağazasının dam örtüyü də yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Əliyev Şahin Allahverdi oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Meyvə-tərəvəz mağazasının qalan hissəsi yanğından mühafizə edilib. Alov saat 06:45-də söndürülüb.
Tərtər rayonu Canyataq yaşayış məntəqəsinin yaxınlığında erməni separatçıların tərk etdikləri döyüş mövqeyinin görüntüləri yayılıb.
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə gedən vətəndaşlarımızın ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 % artaraq 1 209 min nəfər olub.