Gəmilərdə baş vermiş real hadisələr üzrə inzibati icraatın təhlilinə dair seminar keçirilib

Gəmilərdə baş vermiş real hadisələr üzrə inzibati icraatın təhlilinə dair seminar keçirilib
10 2017 10:13

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihəsi çərçivəsində “Müxtəlif növ gəmilərdə baş vermiş real hadisələr üzrə inzibati icraatın təhlili”nə dair seminar keçirilib.

Administrasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin başlıca məqsədi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulmuş məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli şəkildə həyata keçirilməsi və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir.

Tvinninq layihəsi çərçivəsində ölkəmizə dəvət olunan ispaniyalı mütəxəssislər - xanım I.G.Fernandez, kapitan L.Fernandez və R.Pastor tərəfindən İspaniya Krallığının inzibati xətalar və inzibati icraat sistemi, İspaniya Ticarət Gəmiçiliyi Məcəlləsinin tələblərinin pozulması halları, hüquq pozuntularının aşkar edilməsi, dəniz nəqliyyatı sahəsində korrupsiya hallarının aradan qaldırılması və şəffaflığın təmin edilməsi, müxtəlif şəxslər, səlahiyyətli orqanların agentləri, o cümlədən, Axtarış və Xilasetmə Agentliyinin əməkdaşları tərəfindən məlumatların verilməsi məsələləri ətraflı izah olunub, dənizin gəmilərdən çirklənməsi, liman nəzarəti, “Dənizdə əməyə dair” Beynəlxalq Konvensiya üzrə bir sıra praktiki məşğələlər aparılıb.

Seminarda Dövlət Dəniz Administrasiyasının və administrasiyanın tabeliyindəki Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin əməkdaşları ilə yanaşı, dənizçilər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və Bakı Dövlət Universitetinin dəniz və enerji hüququ fakültəsinin magistrantları iştirak ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.