Gələn il qlobal böhran sürətlənəcək – Proqnoz

Gələn il qlobal böhran sürətlənəcək – Proqnoz
17 Dek 2016 09:10

Dünyanın mərkəzi bankları (MB) 2016-cı ildə maksimum dərəcədə çalışsalar da, qlobal iqtisadiyyata müsbət impuls verə bilməyiblər. 

MB-lərin atacağı addımlar 2017-ci ildə dünya iqtisadiyyatında böhran vəziyyətini daha da ağırlaşdıracaq. Belə ki, cari ildə zəif qlobal iqtisadi artımı dəstəkləmək üçün həyata keçirdikləri siyasət MB-lərin fəaliyyətinə əksinə, mənfi münasibətin yaranmasına səbəb olub. Qeyd edək ki, 2016-cı ildə mərkəzi banklar mənfi faiz tətbiq etməklə, maliyyə bazarlarından qiymətli kağızlar alaraq bazarda likvidliyi artırmaqla iqtisadi canlanmaya nail olmaq əvəzində spekulyativ əməliyyatların genişlənməsinə səbəb olublar.

“Report”un analitik qrupu bildirir ki, 2016-cı ildə Yaponiya Mərkəzi Bankı (BoJ) və Avropa Mərkəzi Bankı (ECB) mövcud monetar siyasəti tətbiq etməklə iqtisadi artım əldə edə bilməyəcəklərini anlayıb. ABŞ Federal Ehtiyat Sistemi (FES) isə aşağı faizlərin iqtisadiyyatda təklifi artırmadığını görərək faizləri artırmaq qərarına gəlib.

Honq-Konqda yerləşən “HSBC Holdings Plc.” bankının Asiya şöbəsinin İqtisadi araşdırmalar Departamentinin rəhbəri Frederik Nyuman (Frederick Neuman) hesab edir ki, mərkəzi bankların “yanacağı” bu il bitib: “Monetar ekspansiya 2016-cı ildə maksimal səviyyəsini gördü və mərhələli şəkildə azaldılacaq”.

Xatırladaq ki, MB-lər tərəfindən maliyyə bazarlarına ötürülən əlavə maliyyə vəsaitləri birbaşa iqtisadiyyat əvəzində əsasən portfel investisiyalarına, xüsusilə də səhm bazarına axıb. İndi isə mərkəzi banklar mövcud vəziyyəti dəyişmək qərarı alaraq faizləri yüksəltməklə iqtisadiyyatda tələb amilini artırmağa üstünlük verməyə başlayıb. 2017-ci ildən MB-lərin siyasət dəyişikliyi dünya maliyyə bazarlarında likvidlik probleminə gətirib çıxaracaq. Bu səbəbdən, indiyədək MB-lər tərəfindən dəstəklənən dünya birjalarında sərt satış tendensiyası yaşanacaq, faizlər isə getdikcə daha da yüksələcək. Nəticədə, dünya iqtisadiyyatı daha da ağır böhranla üzləşəcək.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.