2016-cı il ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat vəsait köçürülməlidir.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 29-da vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərin şərhinə həsr edilən mətbuat konfransında deyib.
“2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7 milyard 510 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur. Büdcəyə daxilolmaların artması vergi qanunvericiliyində dəyişikliyi zəruri edir”, - deyə nazir müavini qeyd edib.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.