Yanvarın 12-də Minskdə MDB İcraiyyə Komitəsində Daimi Səlahiyyətli Nümayəndələr Şurasının iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB qərargahının təşkilat departamentindən məlumat verilib.
İclasda Şuranın 2017-ci il üçün iş planı, MDB ümumi təhsil məkanının formalaşdırılması üzrə Birlik üzvü olan ölkələrin təhsil sahəsində əməkdaşlıq şurasının fəaliyyəti, habelə 2017-ci ildə Birliyin müqavilə-hüquq bazasının inkişaf perspektivləri və digər məsələlər nəzərdən keçiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şəki şəhərində ümumi sahəsi 36,1 km olan mərkəzi küçələrin təmirinə start verib.
Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Baş naziri tərəfindən ona ünvanlanan təbrik məktubuna görə Əli Əsədova təşəkkür edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində silsilə maarifləndirmə tədbirləri keçirib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Bakı və Gəncə şəhərlərindən, Beyləqan, Cəbrayıl, Füzuli, Masallı, Göygöl, Goranboy, Samux, Ucar, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlığı müzakirə edib.