Bir qrup mütəxəssis tərəfindən aparılmış yeni araşdırmalar nəticəsində məlum olub ki, gec yatan uşaqlarda əsəb xəstəliklərinin inkişaf etməsi ehtimalı yüksək olur.
AZƏRTAC healthvesti.com saytına istinadla bildirir ki, bu barədə aparıcı klinik mərkəzlərdən birinin əməkdaşları məlumat veriblər. Yeni təcrübələrin rəhbəri Birit Broyekman olub. Həkimlər bu araşdırma prosesində maraqlı bir qanunauyğunluq aşkar ediblər. Məlum olub ki, gec yatan balaca oğlanların və qızların mürəkkəb xəstəliklər tutulması riski yüksəkdir.
Qeyd etmək lazımdır ki, yuxu rejiminin pozulması təhlükəli xəstəliklərə gətirib çıxarır. Tədqiqatçılar bu qənaətə gəliblər ki, uşaqların nə vaxt yatmaları onların emosional və psixi vəziyyətinə təsir göstərir.
Həkimlər bu eksperimentin həyata keçirilməsinə hər birinin yaşı dörddən aşağı olan 200-dən çox uşaq cəlb ediblər.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.
İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.
24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.
Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.