GÜNƏŞ YANIQLARI VƏ ONLARA QARŞI TƏDBİRLƏR.

GÜNƏŞ YANIQLARI VƏ ONLARA QARŞI TƏDBİRLƏR.
26 2019 16:51

GÜNƏŞ YANIQLARI VƏ ONLARA QARŞI TƏDBİRLƏR.

Realpress.az Aptekonline.az-a istinadla bildirir ki, yay mövsümündə günəş şüalarından kifayət qədər qorunmadıqda günəş yanıqları qaçılmaz hal alır. Günəş yanıqları ultrabənövşəyi şüaların dəri səthinə zədələyici təsirinin nəticəsidir. Günəşın dəriyə təsir göstərən süaları iki qrupa bölünür: ortadalğalı diapazon (UVB, 285-315 nm) və uzundalğalı diapazon (UVA, 315-400 nm). UVB şüalarının təsiri nəticəsində dəri səthində D vitamini əmələ gəlir. UVA şüaları dərinin daha dərin qatlarına keçir, nəticədə melaninin əmələ gəlməsini sürətlənir və bu zaman dərinin qaralması baş verir. Günəş yanığının səbəbləri. Hər iki şüa ilə uzunmüddətli təmas dəridə yanıqlara səbəb olur. Günəş yanıqları günəş şüalarının təsirindən 2-4 saat keçdikdən sonra müşahidə olunur. Bu əlamətlər 24 saat ərzində daha da artmağa başlayır. Günəş yanığının əlamətləri. Dəridə qızartı, qaşınma, şişkinlik, ağrı, suluqlar. Əgər günəş şüaları ilə uzun müddət təmas və yanıq səthi çox olarsa, yanıq dərinin dərin qatlarına keçərsə, bu zaman hərarətin yüksəlməsi, titrəmə, halsızlıq, qusma, bədənin susuzlaşması, hətta bayılma və s. müşahidə oluna bilər. Günəş yanığının hansı fəsadı ola bilər? Fotoyaşlanma əlamətləri - qırışlar, dərinin elastikliyinin azalması, tünd ləkələrin yaranması. Həm UVA, həm də UVB şüalarının uzun müddətli təsiri nəticəsində gələcəkdə dəri xərçənginin yaranma ehtimalı ola bilər. Günəş yanıqları zamanı nə etməli? Sərin, günəş süası düşməyən şəraiti təmin etmək. Zədələnmış dəri səthini maksimum soyutmalı və nəmləndirməli (soyuq kompres, duş və s.). Maye qəbulu vacibdir (adi su, mineral sular). Günəş yanıqlarının müalicəsi yanığın dərəcəsindən asılıdır. Əgər dəridə qızartı, suluqlar varsa, bir neçə gün günəş şüalarından qorunmalı, nəmləndirici, bərpaedici, antiseptik vasitələrin dəri səthinə sürtülməsi kifayətdir. Yanmış dəri səthinə hansı vasitələr istifadə etmək olar? Günəş yanığı zamanı dərini qıcıqlanmadan qoruyan, qızartını, ağrını azaldan, sərinləşdirən və zədələnmış dərinin yenilənməsini sürətləndirən maddələrdən, məsələn B5 vitamininin törəməsi olan Dekspantenol istifadə oluna bilər. Günəş yanığı zamanı heç vaxt qatıq, tərkibində vazelin, benzokain, lidokain saxlayan məlhəmlərdən, günəşdən qoruyucu kremlərdən istifadə etməyin. Günəş yanığı bədənin böyük hissəsini əhatə edərsə, hərarət və ya titrəmə, ürək bulanma, qusma, susuzlaşma əlamətləri (susamaq, ağızda quruluq), baş ağrısı, baş gicəllənmə, halsızlıq və bayılma olarsa mütləq həkimə müraciət etmək lazımdır.


12 Dek 2019
Səhiyyə - Sağlamlıq

Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? - FOTO

"Ağızla nəfəs almaq - burunla yemək kimi bir şeydir" - qədim atalar sözüdür.

10 Dek 2019
Səhiyyə - Sağlamlıq

Baş ağrıları haqqında ən vacib məlumatlar – VİDEO

Baş ağrıları kariesdən sonra insanlar arasında ən yayılmış xəstəlik sayılır.

9 Dek 2019
Səhiyyə - Sağlamlıq

Acqarına su içməyin sağlamlığa 10 faydası

İnsan orqanizmi 80% qədər mayedən ibarətdir. Orqanizmdə gedən bütün proseslər məhz maye mühitində baş verir, maye orqanizmin hər hüceyrəsinə daxildir, qan və limfanın əsas hissəsi mayedir.

28 Noy 2019
Səhiyyə - Sağlamlıq

Kəskin respirator virus infeksiyaları

Kəskin respirator virus infeksiyası (KRVİ) - virus xəstəliyi olub, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Xalq arasında bu xəstəliyi "soyuqdəymə" adlandırırlar. Alimlər 200-dən çox respirator viruslar aşkar ediblər. Bunlardan ən çox təsadüf olunan viruslar -paraqrip, adenovirus, rinoviruslardır. KRVİ  əsasən hava-damcı yolu ilə yoluxur. İnfeksiya mənbəyi xəstə insanlardır.