Füzuli rayonu ərazisindən 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb

Füzuli rayonu ərazisindən 1 ədəd partlamamış hərbi sursat aşkar edilərək götürülüb
19 Dek 2016 09:11

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Füzuli rayonundakı “Fin evləri” adlanan ərazidən 1 ədəd partlamamış hərbi sursat (PQ-9, tank əleyhinə raket) aşkar edərək götürüblər.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, nəticə etibarilə 800 kvadratmetr ərazi yoxlanılıb.

Qeyd edək ki, ümumilikdə agentlik tərəfindən aprelin 7–dən dekabrın 18-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirilib. Nəticədə 4 021 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 46 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.



17 İyul 2025
Cəmiyyət

Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

Bu ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 602 milyon 341,97 min ABŞ dolları dəyərində 6 milyon 820 min 798,97 ton, Çexiya 449 milyon 595,51 min ABŞ dolları dəyərində 846 min 461,39 ton, Xorvatiya 408 milyon 862,68 min ABŞ dolları dəyərində 744 min 703,91 ton xam neft ixrac edib. Rumıniya 378 milyon 39,37 min ABŞ dolları dəyərində 685 min 972,26 ton və Portuqaliyaya 310 milyon 369,1 min ABŞ dolları məbləğində 576 min 34,89 ton neft tədarük edilib.

17 İyul 2025
Cəmiyyət

Bakıda ötən ay 435 mindən çox insan mikromobillik vasitələrindən istifadə edib

Bu ilin iyun ayında Bakıda 435 270 nəfər mikromobillik vasitələrini seçib.

17 İyul 2025
Cəmiyyət

Köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə 43 ailə - 176 nəfər köçürülüb.  

17 İyul 2025
Cəmiyyət

Sabah çimərliklərdə suyun temperaturu neçə olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.