Futbol millimiz ərəblərlə üçüncü matçına çıxır

Futbol millimiz ərəblərlə üçüncü matçına çıxır
09 Okt 2019 11:41


Bu gün futbol millimiz növbəti oyununu keçirəcək.

realpress.az xəbər verir ki, millimiz özündən reytinqdə dörd pillə öndə olan Bəhreynlə yoldaşlıq oyununa çıxacaq.

Manamada keçiriləcək görüş üçün millimizin otel və qidalanma xərcləri ərəblər tərəfindən qarşılanıb. 2008-ci ildə Manamada 2:1 və 2012-ci ildə Bakıda 3:0 qalib gəldiyimiz bu rəqiblə oyuna yığmamız itkilərlə çıxacaq.

Belə ki, komandamızın kapitanı Maksim Medvedev, müdafiəçi Anton Krivotsyuk və yarımmüdafiəçi Dmitri Nəzərov Macarıstanla seçmə mərhələ oyununu cəza səbəbindən buraxdığından, bu səfərə də aparılmayıblar. Bundan başqa, qapıçımız Səlahət Ağayevlə hücumçumuz Mahir Emreli də zədəli olduğundan, heyətdən çıxarılıblar.

Qeyd edək ki, Bəhreyn Milli Stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Matçın baş hakimi omanlı Əhməd Əl-Kafa olacaq.


25 Fev 2020
İdman

Azərbaycan karateçiləri olimpiya lisenziyası üçün Avstriyaya getdilər

Azərbaycan karateçiləri fevralın 28-də Avstriyanın Zaltsburq şəhərində start götürəcək Karate1 Premyer Liqa turnirinə yollanıb.

24 Fev 2020
İdman

Derbidə olay görüntü: "Fənərbağça" prezidenti tribunadan aşağı tullandı - VİDEO

"Fənərbağça" klubunun prezidenti Ali Koç "Qalatasaray" derbisindən sonra istefa çağırışlarını eşidib özündən çıxıb.

24 Fev 2020
İdman

Dünya çempionumuz qadınlardan ibarət milliyə məşqçi təyin olundu

Dünya çempionumuz qadınlardan ibarət milliyə məşqçi təyin olundu

20 Fev 2020
İdman

İdmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə etdi

İdmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə etdi