Fevralın 14-də keçiriləcək hərraca 71 dövlət əmlakı çıxarılıb

Fevralın 14-də keçiriləcək hərraca 71 dövlət əmlakı çıxarılıb
16 2017 14:30

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən fevralın 14-də keçiriləcək yeni hərraca 71 əmlak çıxarılıb. Bu əmlaklara 20 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisəsi, 34 istifadəsiz qeyri-yaşayış sahəsi və 11 nəqliyyat vasitəsi aiddir.

Komitədən AZƏRTAC-a bildirilib ki, istənilən fiziki və hüquqi şəxs hərraclara qatıla bilər. Bunun üçün “privatization.az” saytına daxil olub hərraca çıxarılan əmlaklarla tanış olmaq və bəyənilən əmlaka sifariş vermək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul edilir. Elektron sifariş verildikdən sonra əmlakın ilkin satış qiymətinin 10 faizi məbləğində behi elektron qaydada ödənilir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.

Hərracda iştirak edərək sifariş verdiyi bir və ya bir neçə əmlakın sahibi ola bilər. Hərracda qalib olmayan vətəndaşın ödədiyi beh hərracdan sonra 10 gün ərzində vətəndaşa geri qaytarılır. Hərrac prosedurları barədə ətraflı məlumatı komitənin (012) 566 07 44 nömrəli çağrı mərkəzindən almaq olar.

Hərraclar barədə məlumat almaq və sifariş vermək də hazırda çox rahatdır. Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsində əhaliyə müntəzəm məlumatlar çatdırılır. Özəlləşdirmə portalında hərraclarla tanış olan istifadəçi hər hansı sualı yaranarsa, portalın onlayn məsləhət pəncərəsi vasitəsilə ünvanlaya bilər.

Hərraca çıxarılan 6 kiçik dövlət müəssisəsi və obyekti Xaçmaz, Cəlilabad, Oğuz, Şamaxı və Masallıda (2 əmlak) yerləşir. Masallıda yerləşən hər iki əmlak 150 min manata iddiaçılara təklif olunur. Bu əmlakların hər ikisi Yardımçı Təsərrüfat olmaqla biri quşçuluq fəaliyyəti üçün, digəri kənd məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulub. Qeyri-yaşayış sahələrindən fərqli olaraq kiçik dövlət müəssisə və obyektlərinin hamısı altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Qeyri-yaşayış obyektlərindən 31-i paytaxtda, digərləri Xırdalan, Mingəçevir və Xaçmazda yerləşir. Bu obyektlər içində yüksək start qiyməti ilə seçilən əmlak paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsidir. Əmlaka 110 min manat ilkin satış qiyməti təyin olunub. Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyekti 90 min manata, Mingəçevir şəhərində yerləşən oxşar obyekt isə 100 min manata təklif olunur.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında paytaxtın Nizami rayonunda yerləşən “Azinterservis”, Sumqayıtda yerləşən “Azərmetalinvest” ilə yanaşı, regionlarda yerləşən “Bərdə Kərpic”, “Goranboy Sənaye İnşaat”, “Kürdəmir Quşçuluq”, “Lerik Kəndkimya”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlər var.

Hərraca çıxarılan əmlaklara  linkində baxmaq olar.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. ƏMDK yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.