Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı açıqlanıb

Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı açıqlanıb
28 2017 16:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 32 919 nəfər təşkil edir. Onlardan 87,8 faizini kişilər, 12,2 faizini qadınlar təşkil edir.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Fərdi uçot sistemində fərdi şəxsi hesabı açılan əcnəbilər sırasında say baxımından ilk yerləri Тürkiyə (14 799 nəfər), Gürcüstan (3 286 nəfər) və Rusiya (2 108 nəfər) vətəndaşları tuturlar. Eyni zamanda sistemdə Özbəkistandan (1 764 nəfər), Hindistandan (1 476 nəfər), İrandan (1 011 nəfər), Çindən (927 nəfər), Banqladeşdən (871 nəfər), Pakistandan (746 nəfər), Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından (715 nəfər), Ukraynadan (610 nəfər), Türkmənistandan (330 nəfər), Filippindən (376 nəfər), ABŞ-dan (264 nəfər), Almaniyadan (250 nəfər), Qazaxıstandan (264 nəfər), İtaliyadan (216 nəfər) və s. ölkələrdən olan əcnəbilər qeydiyyatdadır.

2006-cı il yanvarın 1-dən Azərbaycanda tətbiq olunan fərdi uçot sistemi Azərbaycan vətəndaşları ilə bərabər, ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olan xarici ölkə vətəndaşlarına da öz fərdi hesablarında pensiya kapitalı toplamaq, bununla da gələcəkdə pensiya və sosial təminat hüquqlarının yaranması üçün əsas formalaşdırmaq imkanı verib.

Fərdi uçot sistemində qeydiyyata olan şəxslərin ümumi sayı isə 1 iyul 2017-ci il tarixinə 3 milyon 496 min 678 nəfər təşkil edib


20 Sent 2024
Cəmiyyət

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

20 Sent 2024
Cəmiyyət

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərov dəfn edilib.

20 Sent 2024
Cəmiyyət

Ağdamın yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntüləri yayılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesablarında Ağdam rayonunun yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntülərini paylaşıb.

20 Sent 2024
Cəmiyyət

Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.

20 Sent 2024
Cəmiyyət

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edildi

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.