Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan Oxu.Az-a verilən məlumata görə, marşrutu üzrə sərnişindaşıma həyata keçirən 50 BL 132 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib.
Məlumatda qeyd olunur ki, faciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb:
“Qeyd edək ki, şəhərlərarası sərnişindaşıma ilə məşğul olan bütün avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etməlidir. Qəza törədən mikroavtobus isə qeyri-qanuni olaraq “Memar Əcəmi” metro stansiyası yaxınlığından sərnişindaşıma xidməti göstərib”.
15:55
Bu gün səhər Bakı-Sumqayıt yolunda insan tələfatı ilə nəticələnən qəzaya səbəb olan “Ford” markalı mikroavtobus qanunsuz fəaliyyət göstəribmiş.
Oxu.Az xəbər verir ki, bu barədə Modern.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
O, hazırda araşdırma aparıldığını qeyd edib:
“Avtobus “20 Yanvar” - Sumqayıt istiqamətində qeyri-qanuni olaraq fəaliyyətdə olub. Ona görə də proses Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırılır və ekspert rəyindən sonra açıqlama veriləcək”.
Ş.Mehmanqızı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin mikroavtobusa fərqlənmə nişanı və marşrut kartı verilmədiyini qeyd edib:
“Ford” markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib”.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,13 ABŞ dolları, yaxud 0,17 % azalaraq 75,13 ABŞ dolları olub.
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq əllərdə saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyat həyata keçirilib.
Bəzi media və sosial şəbəkə səhifələrində “Əsr Travel” MMC-nin təsisçisi və direktoru işləyən Əsgər Bayramovun Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının ləğv edilərək məhkəmə iclas zalında azad edilməsi ilə bağlı informasiyalar yayılıb.