FIFA 2016-cı ilin ən yaxşı futbolçusu adına iddia edən üç finalçının adını açıqlayıb.
REALPRESS.Az Sportarena saytına istinadən xəbər verir ki, üçlükdə Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştiano Ronaldo, “Atletiko” və Fransa yığmasının hücumçusu Antuan Qrizman, “Barselona” və Argentina yığma komandasının hücumçusu Lionel Messinin adı yer alıb.
Qeyd edək ki, ən yaxşıların adları gələn il yanvarın 9-da Sürixdə keçiriləcək illik mərasimdə açıqlanacaq.
Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.
Kişi güləşçilərdən ibarət Azərbaycan millisi Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının üçüncü gününü beş medalla başa vurublar.
Noyabrın 29-da Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının ikinci günündə sərbəst güləş üzrə növbəti mükafatlandırma mərasimi keçirilib.