Fövqəladə Hallar Nazirliyi Bakı metropolitenində baş vermiş tüstülənmə ilə bağlı məlumat yayıb.
Trend-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı Metropoliteninin 28 may stansiyasından Gənclik stansiyasına gedən tuneldə tüstülənmə olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb.
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.