ABŞ-ın Pensilvaniya Universitetinin və Rostok Universitetinin mütəxəssisləri sübut ediblər ki, ev heyvanları ömrü uzadır.
AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, tədqiqatda ümumən ürək tutması keçirmiş 92 pasiyent iştirak edib. Məlum olub ki, ev heyvanları saxlayan pasiyentlərin vəziyyəti 95 faiz halda yaxşılaşıb.
Görünür, heyvanların bəxş etdiyi sevinc hissi firavanlıq və xoşbəxtlik hormonları olan oksitosinin və serotoninin əmələ gəlməsinə kömək edir. Müsbət emosiyalar insanın ümumi ovqatını yüksəldir, ona əlavə güc verir.
Bundan başqa, ev heyvanları həvəskarlarında xolesterinin səviyyəsi xeyli aşağı olur. Belə insanlar stress hallarının öhdəsindən asanlıqla gəlirlər. Onların ürək-damar sistemi hətta ürək tutmasından sonra fəal işləyir.
Alimlər allergiyası olmayan adamlara evdə heyvan saxlamağı tövsiyə edirlər. Ola bilsin, bu addım həyata münasibəti dəyişməyə və ovqatı yaxşılaşdırmağa kömək edər.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsinin icrası həyata keçirilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunaraq istismara qaytarılıb.