Estakadanın uçması nəticəsində itkin düşən bir neftçinin cəsədi tapılıb

Estakadanın uçması nəticəsində itkin düşən bir neftçinin cəsədi tapılıb
15 Dek 2016 15:41

N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş hadisədə itkin düşən bir neftçinin cəsədi tapılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın “Azneft” İB-nin baş direktorunun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov dekabrın 15-də N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) baş vermiş hadisə ilə əlaqədar “Azneft” İB-də yaradılan qərargahda jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, cəsədi tapılan neftçi operator vəzifəsində çalışan Qafarov İlham Əlihüseyn oğludur.

Qeyd edək ki, dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində saniyədə 41 metr sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin 3 nömrəli Neft Yığım Məntəqəsinin (NQÇİ) sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.


19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.