Ermitajda qədim Altay mumiyaları tomoqrafiya edilib

Ermitajda qədim Altay mumiyaları tomoqrafiya edilib
27 2017 09:03

Sankt-Peterburqdakı Ermitaj muzeyində ilk dəfə qədim Altay mumiyaları tomoqrafiya edilib.

AZƏRTAC “topsb.tv”yə istinadla xəbər verir ki, mumiya qalıqları xüsusi rentgen tomoqrafiyasında çəkilib. Alınan nəticələr alimlərə qədim insanların xəstəliklərini və ölüm səbəblərini müəyyənləşdirməyə kömək edəcək. Eramızdan əvvəl üçüncü əsrə aid iki mumiya xüsusilə diqqət mərkəzindədir. Bu mumiyalar keçən əsrin ortalarında Altayda, Pazırık kurqanında tapılıb.

Mütəxəssislər 16 müxtəlif rejimdən istifadə etməklə bir neçə min şəkil alıblar. Alimlər həmin şəkillər vasitəsilə nəinki mumiyalanmış insanların ölüm səbəbləri ilə bağlı suallara cavab tapa biləcəklər, həm də onların zahiri görkəmini yenidən quracaqlar.

18 Mar 2023
Cəmiyyət

B12 vitamini ilə zəngin qidalar – SİYAHI

Vitamin B12 elə bir vitamindir ki, bədən onu istehsal edə bilmir. 

18 Mar 2023
Cəmiyyət

Quru Qoşunlarında hərbiləşdirilmiş kros birinciliyi keçirilib - FOTO

2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.

18 Mar 2023
Cəmiyyət

FHN: Ötən sutka 38 yanğına çıxış olub, 5 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

18 Mar 2023
Cəmiyyət

Slovakiya Ukraynaya 13 ədəd “MiQ-29” bağışlayıb

Slovakiya və Ukrayna “MiQ-29” qırıcılarının Kiyevə təhvil verilməsi haqqında saziş imzalayıb.