Ermənilər Bakıda azərbaycanlılardan üzr istədi - YENİLƏNİB

Ermənilər Bakıda azərbaycanlılardan üzr istədi - YENİLƏNİB
14 2017 12:26

Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənbələr, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransı işinə başlayıb. Müxtəlif ölkələrdən 50-yə yaxın artıq alim və siyasətçi iştirak edir. 
"Qaynar" istipress-ə istinadən xəbər verir ki, beynəlxalq konfrans tarixi məsələlərə, beynəlxalq dialoqun genişlənməsinə, sülh təşəbbüslərinə, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması məqsədilə Ermənistan-Azərbaycan dialoquna həsr olunub. 
Konfransda Azərbaycandan, Gürcüstandan, Rusiyadan, Türkiyədən, Qazaxıstandan, Kanadadan, Ukraynadan, İsveçdən, Özbəkistandan olan nümayəndələr, həmçinin erməni xadimlər və tədqiqatçılar qatılıb. 
Konfrans “Qafqazın tarixi mərkəzi” ictimai birliyi tərəfindən təşkil edilir.
Rusiya təmsilçisi Maksim Şevçenko deyib ki, ermənilərin ən tanınmış partiyası olan "Daşnaqstyün" indiyə qədər heç bir ölkə - Azərbaycana, nə də Türkiyə ilə danışıqlara maraq göstərməyib. "Bu partiya terrorla gündəmə gəlib". 
***
Tədbirdə çıxış edən erməni hüquq müdafiəçisi, yazıçı Vaqe Avetyan deyib ki, 5 erməni yazıçısı birləşərək bəyanat qəbul ediblər. "Bu gündən sonra barışsaq da, döyüşsək də biz ermənilərin törətdiyi soyqırımı qəbul edirik və azərbaycanlılardan buna görə üzr istəyirik".
Qeyd edək ki, adıçəkilən şəxs ötən ilin noyabr ayında Azərbaycana səfər edib. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə önündə baş əyib, Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda təşkil olunmuş beynəlxalq konfransda iştirak edib. 

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.