Ərdoğan: Valyuta məzənnəsindən silah kimi istifadə edirlər

Ərdoğan: Valyuta məzənnəsindən silah kimi istifadə edirlər
12 2017 16:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, “Valyuta məzənnəsindən silah kimi istifadə edirlər” deyib.

REALPRESS.Az “Marja”ya istinadən xəbər verir ki, prezident Ərdoğan,“Əlində silahı, bombası olan terrorçu ilə, əlində dolları, avro, sələmi olan terrorçu arasında heç bir fərq yoxdur. Məqsəd Türkiyəni diz çökdürməkdir. Valyuta məzənnəsini bir silah kimi istifadə edirlər.

“Bizim də müəyyən çətinliklərimiz var. Heç biri ölkəmizdəki valyuta məzənnəsinin bu səviyyələrə gəlməsinin səbəbi ola bilməz. Silahlı və iqtisadi terror hücumlarına qarşı hər bir ölkə tədbir görməyin yollarını axtarır. Yeni-yeni marketinq üsulları inkişaf etdirərək yollar axtarmalıyıq.

Millətimiz valyuta sataraq, 15 iyul ertəsi ilk dalğa təcavüzünün təsirini kəsmişdi. Bunu davam etdirməliyik”, - deyə prezident qeyd edib.

Onun sözlərinə görə, Mərkəzi Bank bu məsələdə lazımi tədbirləri görəcək imkan və qabiliyyətə malikdir:

“Fədakarlıq ediləcəksə, bu günlər tam zamandır. Bütün ölkənin və millətin mənfəətini söz mövzusu olduğunda banklar müxtəlif hesablar içinə girməməlidir. İnvestisiya, istehsal, duran çarxları işlətmək, işçiləri artırmağın zamanıdır. İqtisadiyyatı dağıtmaq cəhdlərinə qarşı da milli səfərbərlik elan etməliyik. Şəhid, qazi, bütün əcdadlarımıza bunu borcluyuq. Bizdən sonra gələcək nəsillərə də bunu borcluyuq”, - deyə o bildirib.

Qeyd edək ki, Ərdoğanın açıqlamalarından sonra Dollar/TL məzənnəsi 3,79-a düşüb. Məzənnə 3,94-ə qədər yüksəlmişdi.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.