Enerji sistemi dispetçer qrafikinə uyğun işləyir.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətini rəisi Yəhya Babanlı AZƏRTAC-a bildirib ki, qeyri-sabit hava şəraiti və temperaturun kəskin aşağı düşməsi ilə əlaqədar istehlakçıların artan tələbatı və ötürücü xətlərin yüklənməsi, elektrik stansiyaları və şəbəkə avadanlıqlarının sutka ərzində bazis iş rejimində işləməsinə baxmayaraq, “Azərenerji” ASC-nin struktur vahidinə daxil olan qurumlarda hər hansı çətinliklərin yaranması gözlənilmir və bütün imkanlar səfərbər edilib.
ASC-nin enerjinin istehsalı idarəsi stansiyaların daha da keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrində məsul növbətçilər və qəza-bərpa briqadaları fəaliyyət göstərir.
Səhmdar Cəmiyyətin elektrik enerjisinin ötürülməsi idarəsi tərəfindən bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib. Bütün regional enerji şəbəkələri müəssisələri günün tələbinə uyğun gücləndirilmiş iş rejiminə keçib. Eyni zamanda, növbətçi briqadaların sayı artırılıb və onlar müvafiq nəqliyyat vasitələri ilə təmin olunub.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.