Əfsanəvi musiqiçi Elvis Preslinin ABŞ-da yerləşən “Qreyslend” ev muzeyində əyləncə mərkəzi açılacaq.
REALPRESS.Az buro247.az-a istinadla xəbər verir ki, əyləncə mərkəzinin 19 min kv.m. ərazisində sərgi zalları, görkəmli müğənniyə həsr olunan muzey, onun avtomobillərindən ibarət qalereya, iki restoran, kinoteatr və 2000 yerlik konsert zalı fəaliyyət göstərəcək. Bu, “Qreyslend”in turistik abidə kimi inkişafına yönəldilmiş 140 milyon dollarlıq layihənin bir hissəsidir. Əyləncə mərkəzinin açılışı martın 2-də baş tutacaq.
Qeyd edək ki, “Qreyslend” 1977-ci ildə Preslinin ölümündən sonra muzeyə çevrilib. Bu məkan ABŞ-da “Ağ ev”dən sonra turistlər tərəfindən ən çox ziyarət olunan ikinci yerdir. İl ərzində “Qreyslend” 600 mindən çox ziyarətçi qəbul edir.
Məşhur müğənninin konserti təxirə salınıb.
Türkiyənin məşhur müğənnisi Mustafa Sandal Bakıya gəlib.
Türkiyənin məşhur müğənnisi və bəstəkarı Mustafa Sandal Bakıda konsert proqramı ilə çıxış edəcək.