Elnur Allahverdiyev: “Güzəşt almaq istəyən sahibkar fəaliyyətində şəffaf olmalıdır”

Elnur Allahverdiyev: “Güzəşt almaq istəyən sahibkar fəaliyyətində şəffaf olmalıdır”
23 2020 09:45


“Qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməməsi səbəbilə hökumətin həyata keçirdiyi tədbirlərin bir qismi də özəl sektor təmsilçilərinə münasibətdə tətbiq ediləcək güzəştlərdir. Bu güzəştlər sahibkarlıq subyektlərinə postpandemiya dövründəki fəaliyyətlərində ciddi dəstək ola bilər”.  

Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib. 

Millət vəkili bildirib ki, güzəştlər dövlətin özəl biznesə dəstəyinin növbəti mərhələsidir. Əgər sərt karantin rejimində hökumətin sektor təmsilçilərinə ayırdığı maddi dəstək onlara çətin dövrdə, fəaliyyətsizlik şəraitində edilən yardım idisə, güzəştlər sahibkarlıq subyektləri üçün pandemiyadan sonrakı mərhələdə hava-su kimi  lazımdır:  

“Bu güzəştlər imkan verəcək ki, iqtisadi münasibətlərin bərpa olunduğu postpandemiya mərhələsində milli biznes özünün əvvəlki inkişaf səviyyəsinə daha rahat və daha tez qayıda bilib, itkilərini bərpa etsin. Özəl sektor nə qədər tez özünə gələrsə, dövlət bundan o qədər də tez xeyir götürə bilər. Vergilər ödənər, vətəndaşların məşğulluq məsələsi öz həllini tapar, nəticə etibarilə, dövlət büdcəsinin yükü azalmış olar”. 

E.Allahverdiyev qeyd edib ki, mümkün güzəştlərin tətbiqində əsas şərt və tələb sahibkarın faəliyyətini şəffaf qurmasıdır. Əks halda dövlət ona münasibətdə güzəşt tətbiq edə bilməyəcək.  

“Bizim əyani nümunəmiz var. Pandemiya ilə bağlı kimlərə maddi yardım olundu? O subyektərə ki, vergidən qaçmayıblar, fəaliyyətlərini leqallaşdırıblar, işçiləri ilə əmək müqaviləsi bağlayıblar, sosial ödənişləri ödəyiblər. Güzəştlər də bu qaydada, qanuni müstəvidə tətbiq ollunmalıdır”, - deyə Milli Məclisin deputatı vurğulayıb. 

E. Allahverdiyev hesab edir ki, vergilərdə nəzərdə tutulmuş güzəştlər özünü sosial sferada da göstərməlidir:  

“Milli Məclisdə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanununda  dəyişikliklər müzakirə olunur. Mən təklif edirəm ki, əgər sahibkar indiyə qədər əmək haqqı fondunu 100% qoruyub saxlayırsa və həmin əmək haqqı fondunda artım edirsə, işçi sayını saxlamaqla və ya işçi sayını artırmaq şərti ilə, həmin artım üçün bir il ərzində işçi maaşına görə özəl sektordan heç bir sosial sığorta haqqı tutulmasın. Məsələn, hər hansı bir şirkət əmək haqqı fondunu şərti olaraq 100 min manatdan 150 min manata qaldırırsa, artırılan 50 min manatdan məcburi dövlət sosial sığorta haqları hesablanmır”.  

Millət vəkilinin fikrincə, bu halda həm dövlət xeyir görür, həm özəl sektor.  

“İndi sahibkar qazanacaq, qarşıdakı illərdə isə dövlət. Birincisi, dövlət büdcəsinə gələcək illərdə əlavə vəsaitin daxil olmasına şərait yaradılmış olacaq. İkincisi isə bu addım özəl sektor təmsilçiləri üçün işçilərini rəsmi qeydiyyata almaq istiqamətində stimul rolunda çıxış edəcək. Cənab Prezident İlham Əliyev demək olar bütün çıxışlarında şəffaflıq amilini qabardır. Şəffaf fəaliyyət dövlətlə yanaşı, sahibkara da mühüm üstünlüklər verir. Məsələn, belə çətin məqamlarda dövlətin güzəştlərindən yararlana bilir. Güzəşt almaq istəyən sahibkar faəliyyətində şəffaf olmalıdır. Eyni zamanda, qanuni müstəvidə fəaliyyət hər zaman üçün mühüm üstünlükdür. Fikrimcə, bu güzəşt özəl sektorun qanuni əsaslarla işləməyən təmsilçilərinin şəffaf fəaliyyətə daha tez keçmələri üçün mühüm təkan ola bilər”, - deyə millət vəkili vurğulayıb. 

25 Sent 2020
Siyasət

İlham Əliyev: “Ermənilərə beynəlxalq təzyiqin olmaması çox təhlükəli addımlara gətirib çıxarır”

“Ermənilər faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır”.

25 Sent 2020
Siyasət

Prezident: “İşğal olunmuş ərazilərdə qondarma hərbi təlimlərin təşkili bizə qarşı daha bir təxribatdır”

“Ermənilərin danışıqlar prosesini bilərəkdən pozmasının daha bir göstəricisi Dağlıq Qarabağdan olan separatçıları danışıqlar prosesinə cəlb etmək üçün ardıcıl səyləri göstərməsi idi. Bu da tərəfimizdən dərhal rədd edilmişdir və Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənməmişdir. Başqa sözlə, onlar artıq uzun illərdir ki, mövcud olan danışıqların formatını dəyişmək istəyirdilər”.

25 Sent 2020
Siyasət

İlham Əliyev: “Minsk qrupunun həmsədrləri erməniləri dayandırmır”

“Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır”.

25 Sent 2020
Siyasət

Dövlət başçısı: “Ermənistanın hərbi təxribatlarına görə vəziyyət mənfi məcraya doğru gedir”

“Əfsuslar olsun ki, region daha təhlükəsiz bir məkana çevrilməyib. Təəssüf ki, vəziyyət mənfi məcraya doğru gedir. Bu da, əsasən, Ermənistanın Azərbaycana qarşı davamlı hərbi təxribatlarına görə baş verir”.

25 Sent 2020
Siyasət

İlham Əliyev: “Bütün məsuliyyət Ermənistanın üzərindədir”

“Bir müddət əvvəl sərhəddən ordumuz çıxarılıb və indi Ermənistanla dövlət sərhədinin böyük bir hissəsi sərhəd xidməti tərəfindən mühafizə olunur. Bu, bizim Ermənistanla dövlət sərhədində heç bir hərbi niyyətlərimizin olmadığını göstərir.