Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyası Hökuməti sədrinin müavini Dmitri Roqozin ilə görüşüb.
XİN-dən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Kreml divarları önündə Naməlum əsgərin abidəsi önünə əklil qoyub, onların xatirəsini yad edib.
XİN rəhbəri Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Dmitri Roqozin ilə görüşdə bu il Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğu vurğulanıb və bu dövr ərzində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi məmnuniyyətlə diqqətə çatdırılıb.
Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında mühüm rol oynadığı qeyd olunub. Ölkələr arasında hərtərəfli əməkdaşlığın inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin və humanitar təmasların xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Görüş əsnasında bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb
“Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.