Biz məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq. Sabah Dövlət Komitəsində müşavirə keçirib siyahılara baxacağam.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında bildirib.
Ə.Həsənov deyib ki, məcburi köçkünlərin müavinətləri Novruz bayramından əvvəl fevral və mart ayları bir yerdə veriləcək: “Sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib. 520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi, yəni hər ay aparılacaq. Ola bilər ki, bəzi yanlışlıqlar olub, bunlar da nəzərə alınacaq. Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq. Qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq, Dövlət Komitəsi tərəfindən ödəniləcək. Qaz olan yerlərdə isə məcburi köçkünlər adambaşına 36 manat alıb özləri ödəniş edəcəklər."
“Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Tərtər rayonunun 2020-ci il oktyabrın 3-də işğaldan azad olunmuş Talış kəndində görülən yenidənqurma işləri ilə tanış olublar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.