Gələcəkdə “Bakı-2017” könüllüləri arasında “İstedadlar axtarırıq” adlı yarış-müsabiqənin keçirilməsi nəzərdə tutulub. Biz həmin yarışın finalını yerli televiziya kanallarından biri ilə birgə təşkil edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru, könüllülərin səfiri Elçin Səfərov jurnalistlərə müsahibəsində deyib.
E.Səfərov bildirib ki, yarışla bağlı elan verdikdən sonra onlara çoxlu sayda müxtəlif istedadlı gənc müraciət edib. O deyib : “Biz istəyirik ki, istedadlı gənclər arasında yarış təşkil edərək onları daha da tanıdaq. Eyni zamanda, Oyunlardan əvvəl könüllüləri bir araya gətirərək onların asudə vaxtlarının daha səmərəli keçməsinə nail olaq. Lakin “İstedadlar axtarırıq” yarışının keçiriləcəyi vaxt hələlik müəyyənləşməyib.
Sərbəst güləşçimiz Turan Bayramov bu il qatıldığı ikinci yarışdan da vətənə medalla qayıdıb.
Azərbaycan Qılıncoynatma Federasiyası bir ildən çox olan durğunluğunu pozmaq üzrədir.
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda bürünc medal görüşünə çıxıb.