Ekoloqlar Otman-Bozdağ palçıq vulkanında müvafiq ölçmə işləri aparırlar

Ekoloqlar Otman-Bozdağ palçıq vulkanında müvafiq ölçmə işləri aparırlar
07 2017 14:22

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Otman-Bozdağ palçıq vulkanında müvafiq ölçmə işləri aparılır.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Qeyd edək ki, fevralın 6-da Otman-Bozdağ palçıq vulkanında güclü püskürmə baş verib. Püskürmə ümumən 9 dəqiqəyə yaxın olub. Vulkan kraterindən cənub istiqamətində eni bəzi yerlərdə 6 metrə çatan çatlar 3-4 km məsafəyə qədər uzanaraq yeni çat sistemi təzahürü yaradıb. Yeni xaric edilmiş sülb tullantılarının həcmi 12 hektardan çox ərazini örtüb. Xaric olan brekçiya qatının qalınlığı 2 metrə yaxındır, uzunluğu isə 350 metrə çatır.

Yaxınlıqda yaşayış məskənləri olmadığından bu palçıq vulkanı təhlükəli hesab edilmir. Vulkanın yerləşdiyi tektonik çatın üzərində bir neçə iri palçıq vulkanı da vardır ki, onların da aktivləşmə ehtimalı artıb.

Otman-Bozdağ palçıq vulkanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294s nömrəli Sərəncamına əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun daimi istifadəsinə verilib.


9 Dek 2023
Cəmiyyət

Müdafiə Nazirliyi: "Növbəti ildə azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edəcək"

Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.

9 Dek 2023
Cəmiyyət

Hindistanda güclü qasırğa 24 nəfərin ölümünə səbəb oldu

“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.

9 Dek 2023
Cəmiyyət

Zakir Həsənovdan mühüm tapşırıq

Dekabrın 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

9 Dek 2023
Cəmiyyət

İstirahət gününün HAVA PROQNOZU - Evdən çıxarkən çətirləri unutmayın

Dekabrın 10-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.