Əhali banklardan dollar alışını azaldıb

Əhali banklardan dollar alışını azaldıb
12 2017 09:51

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən 2016-cı ilin noyabr ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 49,54 mln. ABŞ dollarının xalis satışı həyata keçirilib. Oktyabr ayında xalis satış bundan təxminən 1,9 dəfə çox - 94,54 mln. dollar olub.

Ümumiyyətlə, 2016-cı ilin ilk 11 ayında kommersiya banklarının əhaliyə xalis dollar satışı 425,081 mln. dollar təşkil edib.
Əvvəlki ilin noyabrında isə bankların əhaliyə xalis dollar satışı 377,884 mln. dollar olub.

REALPRESS.Az report-a istinadən xəbər verir ki, bankların nağd xarici valyutanın xalis satıcısı olmasına səbəb Azərbaycan manatının son bir neçə ayda ABŞ dolları ilə müqayisədə yenidən zəifləməsi ilə bağlıdır.
Qeyd edək ki, 2014-cü ilin ikinci yarısında başlayan qlobal iqtisadi böhran Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həmin ilin iyul ayındakı tarixi maksimal səviyyədən (15 193,4 mln. dollar) 2016-cı il dekabrın 1-nə 11 182,4 mln. dollar və ya 73,6% azalaraq 4 011 mln. dollara qədər enməsinə səbəb olub.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.