Əflatun Amaşov: “İnternet medianın hüquqi statusu müəyyənləşdirilməlidir”

Əflatun Amaşov: “İnternet medianın hüquqi statusu müəyyənləşdirilməlidir”
01 2017 13:50

"Bu gün Azərbaycanda kənarda maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman Azərbaycan bankları tərəfindən elektron ticarət sayılaraq 18 faiz əlavə dəyər vergisi tətbiq edilir. Bu, gələcəkdə problemlərə yol açacaq”. 

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Musa Quliyev deyib. Millət vəkili problemin aradan qaldırılması üçün qanunvericiliyə dəyişiklik təklif edib: “Yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası müvafiq normativ aktlara lazımi dəyişikliklər etməlidir ki, insanlar bu problemlə rastlaşmasınlar”. 

M. Quliyev deyib ki, artıq ikinci və üçüncü qrup əlillər əmək qabiliyyətli sayılır: “Ancaq bu insanlarla tam sağlam insanların işə götürülməsi məsələsinə yanaşma eyni olmayacaq. Ona görə də əlillər üçün iş kvotası məsələsinə yenidən baxmalıyıq”.

Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə internet medianın problemlərindən danışıb: "Kimsə domen və hostinq alaraq, internetdə nə istəyir, yazır. Bunlarla əlaqədar məhkəmə müstəvisində addım atmaq çətindir. Gərək, söz azadlığı çərçivəsini aşmasınlar. Ona görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Digər tərəfdən, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olar”.


24 Sent 2020
Cəmiyyət

Xarici dil imtahanlarında yenilik olacaq - AÇIQLAMA

“Bu il buraxılış imtahanı zamanı Azərbaycan dili - Dövlət dili imtanında dinləyib-anlama bacarığını ləğv edib, daha qısa imtahan keçirdik”.

24 Sent 2020
Cəmiyyət

Azərbaycanda həssas ailə qruplarından olan abituriyentlərlə bağlı YENİLİK

“Gələcəkdə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan abituriyentlər sənəd qəbulu zamanı müəyyənləşdirilə bilər”.

24 Sent 2020
Cəmiyyət

Elektron Su Portalında abonentlərə 24 saat xidmət göstəriləcək - FOTO

“Azərsu” ASC-nin bu gündən istifadəyə verdiyi Elektron Su Portalı (http://e-su.az) Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərmanı əsasında hazırlanıb. 

24 Sent 2020
Cəmiyyət

Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı - RƏSMİ

“Ümumilikdə, bütün qruplar üzrə 5751 vakant yer qalıb. Onların da 3048-i II qrupun payına düşür”.

24 Sent 2020
Cəmiyyət

Azərbaycanda bir rayonda 11 nəfər koronavirusdan ölüb - RƏSMİ

Biləsuvar rayonunda bu günədək koronavirus infeksiyasına yoluxan, sağalan və ölənlərin sayı açıqlanıb.