Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 8-də Gürcüstanın paytaxtı Tbilisiyə səfərə gedib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Ə.Qarayev Avropa İttifaqı və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşkil etdiyi beynəlxalq forumda iştirak edəcək.
Nazir, eyni zamanda bir sıra görüşlər keçirəcək, tarixi abidələrə baş çəkəcək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Tbilisinin mərkəzi parkında ucaldılmış abidəsi önünə əklil qoyacaq.
“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.
Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.