ƏƏSMN-də BƏT ekspertləri ilə birgə treninq keçirilir (FOTO)

ƏƏSMN-də BƏT ekspertləri ilə birgə treninq keçirilir (FOTO)
08 Dek 2016 11:47

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Azərbaycanda səfərdə olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri – BƏT-in baş əmək administratoru, əmək inspeksiyası və əməyin mühafizəsi üzrə mütəxəssisi Valentin Mocanu və Təşkilatın mütəxəssisi Roman Litvyakovla görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, BƏT ekspertlərinin səfərində məqsəd sosial tərəfdaşların (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası) nümayəndələrindən ibarət üçtərəfli İşçi Qrupu üçün “Əmək müfəttişliyinin potensialının artırılması, üçtərəfli İşçi Qrupu tərəfindən mövcud leqal və institisional çərçivədə situasiyanın təhlil olunması” mövzusunda treninqin keçirilməsidir.

ƏƏSMN Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ölkəmizdə əmək siyasətinin mütərəqqi beynəlxalq normalar əsasında təkmilləşdirilməsi, əmək hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ekspertlərə məlumatlar verib. Əmək münasibətlərinin elektron qeydiyyat sistemindən bəhs edən F.Əlizadə bu sistemin əmək bazarının əhatəli uçotunun aparılmasında, əmək hüquqlarının müdafiəsində üstünlüklərini qeyd edib, təkcə bu ilin 11 ayında bu sistemdən 1 milyon 925 min 253 dəfə, son bir ayda isə 203 628 dəfə istifadə edildiyini bildirib. O, cari ilin sentyabrında ölkəmizdə sosial tərəfdaşlar arasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edildiyini, bunun üçtərəfli sosial dialoq üzrə institusional strukturun inkişafında önəmini diqqətə çatdırıb.

Xidmət rəisi bildirib ki, BƏT-in ekspertləri tərəfindən sosial tərəfdaşların üçtərəfli İşçi Qrupu üçün treninqin təşkil edilməsi Təşkilatla fəal əməkdaşlığın uğurlu davamıdır. Treninq əmək müfəttişliyinin potensialının gücləndirilməsində, İşçi Qrupun peşəkar fəaliyyətinin təşkilində, İşçi Qrupu tərəfindən leqal və institisional çərçivədə situasiyanın təhlil olunmasında əhəmiyyətlidir.

V.Mocanu və R.Litvyakov birgə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıblar. Onlar üçtərəfli İşçi Qrupun fəaliyyətinin daha səmərəli təşkili baxımından keçiriləcək treninqin faydalı olacağını, ümumən qarşıdakı dövrdə müvafiq mövzularda seminarların davam etdiriləcəyini bildiriblər.

Daha sonra V.Mocanu və R.Litvyakov tərəfindən üçtərəfli İşçi Qrupun iştirakı ilə “Əmək müfəttişliyinin potensialının artırılması, üçtərəfli İşçi Qrupu tərəfindən mövcud leqal və institisional çərçivədə situasiyanın təhlil olunması” mövzusunda treninqə başlanılıb. Tədbir çərçivəsində İşçi Qrupu üçün iki illik treninq proqramının tərtib olunması da nəzərdə tutulur. Həmin dövrdə “BƏT materiallarının və vasitələrinin milli dilə tərcümə edilməsi, əməyin mühafizəsi qaydalarının və əmək qanunvericiliyinin təkmilləşdirilməsi planının inkişafı və icrası”, “Sosial dialoqun, beynəlxalq əmək standartlarının, gender bərabərliyinin təbliği və diskriminasiyanın qarşısının alınması”, “İşçi qrupu üçün texniki dəstək və konsultasiyalara dair” və s. mövzularda seminarların təşkili planlaşdırılır.







25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.