Düşmən cəbhədə mövqelərimizi 36 dəfə atəşə tutub

Düşmən cəbhədə mövqelərimizi 36 dəfə atəşə tutub
09 2017 10:33

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskepar və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara və Kəmərli kəndlərində, Berd rayonunun Ayqepar və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


23 Fev 2022
Hərbi

Azərbaycan ordusuna komandoların qəbulu elan edilib

Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

23 Fev 2022
Hərbi

Zirehli texnika və tanklar təlimlərə qatıldı - VİDEO

2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, mexanikləşdirilmiş və tank bölmələrinin heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.

21 Fev 2022
Hərbi

Azərbaycan ordusu Ermənistana cəhənnəm yaşada bilər – TƏHLİL

Qabığı və içərisi çürük qoza bənzəyən Ermənistan 10 noyabr bəyanatının müddəalarının, əsasən də sənədin 4-cü bəndinin icrasını dalana dirəməyə çalışsa da, bu səylər hədər gedir.

18 Fev 2022
Hərbi

“Supernüvə” anonsu verildi: Rusiyanın yeni planı – TƏHLİL

Rusiyanın təlimatları ilə hərəkət edən Belarus Prezidenti Aleksandr Lukaşenko bu dəfə Qərbi nüvə silahları ilə təhdid edib.