Fevralın 16-da Türkiyənin İstanbul şəhərində dünya turizm sənayesi nümayəndələrinin bir araya gələcəyi III “World Tourism Forum Global Meetingin” adlı forum keçiriləcək.
Anadolu agentliyinin məlumatına görə, forumun builki konsepsiyasında “Problemsiz və təhlükəsiz səyahət” mövzusu müzakirə olunacaq. Qlobal miqyasda keçiriləcək foruma dünya turizminə istiqamət verən şirkətlərin rəhbərləri, sektor sərmayəçiləri, texnologiya mütəxəssisləri, siyasi nüfuzlar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri olmaqla 20 ölkədən 150-dək beynəlxalq məruzəçi qatılacaq.
İki gün davam edəcək forum çərçivəsində “Tourism 100” adlı təqdimatla dünyanın ən aparıcı 100-dək turizm şirkətinin adı açıqlanacaq.
Forumda Azərbaycanın da iştirakı gözlənilir.
Pakistan Beynəlxalq Hava Yolları (PİA) Azərbaycana birbaşa uçuşların açılması barədə xəbər verib.
“Azərbaycan Hava Yolları” QSC Azərbaycana hansı vətəndaşların gələ biləcəyi ilə bağlı məlumat yayıb.
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın turizm məkanı kimi də böyük potensiala malikdir. Zəngin flora və faunası, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı və İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı ərazinin turizm imkanlarını genişləndirir. Səthin dağlıq olması gələcəkdə burada dağ və qış turizminin inkişafına təkan verəcək.