Dünyanın ən məşhur tanışlıq mobil tətbiqi olan Tinder, öz web versiyasını təqdim edib.
Tinder Online adlı tətbiq məhz kompüterlər üçün nəzərdə tutulub və elə optimallaşdırılıb ki, istifadəçi özünə yaxın bildiyi insanı kompüter qarşısında oturan zaman belə tapa bilsin. Tinder Online da mobil versiya kimi Facebook hesabı vasitəsilə girişi tələb edir və mobil versiyada olan Tinder Boost və Tinder Like kimi ödənişli funksiyaları aktiv etməyib. Tinder-in məhsul şöbəsinin rəhbəri Brian Norgard-ın sözlərinə əsasən Tinder Online, məhz inkişafda olan bazarlardakı insanlar və mobil telefonlarında lazımi qədər yaddaş yeri olmayan (tətbiqin iOS versiyası 128 MB yer tutur) şəxslər üçün nəzərdə tutulub. Bundan əlafvə olaraq tətbiqin web versiyası, aktiv Tinder istifadəçiləri üçün də istifadədə rahat olacaq. Belə ki, kompüter vasitəsilə gələn ismarıclara cavab vermək daha rahatdır.
Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması sənayeləşmə və aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektorunu da əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır.
Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.
Smartfonun köməyi ilə uzaqdan, distant şəkildə kompyuteri açmaq və söndürmək mümkündür. Bunun müxtəlif yolları var.