"Mürəkkəb materialların adi məhsullara inteqrasiyası sahəsində əsl inqilab" – Fraunqofer adına Cəmiyyətdən doktor Beatris Beyer öz işini belə xarakterizə edib. Bu, qrafenin tətbiqi, istifadəsi üzrə ilk belə hal deyil, ancaq indiki halda aparılmış sınaq artıq istifadəyə hazırdır. 2-3 il sonra qrafen materialından istifadəyə əsaslanan ilk “OLED” ekranlar satışa çıxarılacaq.
“ICTnews” Elektron Xəbər Xidməti techcult.ru saytına istinadən yazır ki, qrafen istilik və elektrik cərəyanını yaxşı keçirir, həmçinin çox möhkəmdir. Bundan başqa, şəffafdır, həmçinin elastikdir ki, bu da onun növbəti nəsil üçün yığcam displeylərdə istifadəsinə imkan verib. Bundan başqa, Beyerin komandası qrafendən hazırlanmış elektrodları tətbiq etməklə günəş panelləri və sensor ekranların köklü yenidən dizayn imkanını araşdırır.
Belə kiçikölçülü cərəyan keçirən element gələcək elektron qurğuların interfeysinin əsasını təşkil edəcək. Alimlər yaxın gələcəkdə bizi inqilabi həllər və kəşflər gözlədiyi qənaətindədirlər.
Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.
Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.
Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir.