Fevralın 7-də Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə praktika meneceri Kristian Aedonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə qonaqlara ətraflı məlumat verən G.Gəraybəyli bildirib ki, ATU-da tədris sistemində daim islahatlar aparılır, təhsilin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət daha da təkmilləşdirilir. Qeyd olunub ki, universitet beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə ciddi önəm verir. Belə ki, bu əlaqələr fərqli təhsil sistemləri ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin təkmilləşdirilməsinə yardım olur. Bu baxımdan Dünya Bankı ilə müştərək layihələrin həyata keçirilməsi çox əhəmiyyətlidir.
K.Aedo Dünta Bankının təhsil sahəsində gördüyü işlər, dəstəklədiyi prqoramlar haqqında məlumat verib. Bildirilib ki, səfərin əsas məqsədi təhsil üzrə milli prioritetləri müzakirə etmək və tələbə krediti proqramları üzrə seminar təşkil etməkdir. Buna görə də bank təmsilçiləri müvafiq dövlət qurumları, universitet rektorları və digərləri ilə görüşlər keçirirlər.
Sonra ATU-da Dünya Bankının dəstəyi ilə bir sıra layihlərin icra oluna biləcəyi barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığı müəyyənləşdirmək üçün ilkin araşdırma aparılması qərara alınıb.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.