Dünya Bankında azərbaycanlıya yüksək vəzifə verildi - FOTO

Dünya Bankında azərbaycanlıya yüksək vəzifə verildi - FOTO
03 2017 10:19

Samir Süleymanov 2017-ci il fevralın 1-də Dünya Bankı prezidenti tərəfindən yeni yaradılmış Dünya Bankı Strateji Təşəbbüslər Qrupunun rəhbəri vəzifəsinə təyin edilib. 

REALPRESS.Az oxu.az-a istinadən xəbər verir ki, Strateji Təşəbbüslər Qrupunun əsas vəzifəsi Dünya Bankının baş icraçı direktoru ilə birgə təşkilati hədəfləri həyata keçirmək və təşkilatın qlobal çağırışlar qarşısında strateji mövqeləndirilməsinə nail olmaqdır. 

Bundan öncəki təyinatında S.Süleymanov Dünya Bankı baş direktorunun ofisində Strategiya və Əməliyyatlar Departamentinin direktoru vəzifəsində çalışıb.  

Həmin vəzifə çərçivəsində Samir Süleymanov "Gələcəyə Baxış: Dünya Bankı Qrupu 2030" sənədinin hazırlanmasını əlaqələndirmiş, baş direktorla birgə daxili islahat və təşəbbüslər həyata keçirərək Bankın daha səmərəli fəaliyyətinə töhfə vermişdir.

Bankdakı 21 illik karyerasına 1996-cı ildə başlamış Samir Süleymanov Korporativ Katiblik Departamentinin direktoru, Bankın Rusiya üzrə proqramının koordinatoru və s. kimi məsul vəzifələrdə çalışıb.

O, bu vəzifələr çərçivəsində Direktorlar Şurasının işində yaxından iştirak edib, Dünya Bankı instrumentlər arsenalına yeni maliyyə alətlərinin əlavə edilməsi və müxtəlif fondların yaradılması prosesində müstəsna xidmətlər göstərib.

Qeyd edək ki, Samir Süleymanov Azərbaycan vətəndaşıdır. O, George Washington Universitetində MBA dərəcəsi alıb.



13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.