Dövlət qurumlarının reyestr və inzibati məlumatlarının Statistika Komitəsinin məlumat bazalarına inteqrasiyası müzakirə edilib

Dövlət qurumlarının reyestr və inzibati məlumatlarının Statistika Komitəsinin məlumat bazalarına inteqrasiyası müzakirə edilib
30 Dek 2016 11:22

Statistik vahidlərin üzərinə düşən məlumat yükünün azaldılması üçün onlar tərəfindən müxtəlif dövlət qurumlarına təqdim edilən məlumatlar üzrə təkrarçılığın aradan qaldırılması, inzibati vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət qurumları tərəfindən toplanan məlumatların rəsmi statistikada istifadəsinin genişləndirilməsi, həmin məlumatların statistik məlumat bazalarına inteqrasiyası məqsədilə Dövlət Statistika Komitəsində yaradılmış işçi qruplarının birgə iclası keçirilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, iclasda Səhiyyə, Təhsil, Gənclər və İdman, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Daxili İşlər, Kənd Təsərrüfatı, Vergilər, Fövqəladə Hallar və İqtisadiyyat nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Gömrük Komitəsinin, Baş Prokurorluğun, Dövlət Miqrasiya Xidmətinin, Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Neft Fondunun, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-lərinin işçi qruplarında təmsil olunan səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda ayrı-ayrı nazirlik, komitə və təşkilatlarda mövcud olan informasiya ehtiyatları, rəsmi statistika məqsədləri üçün istifadə olunacaq göstəricilərin ilkin siyahısı, məlumat mübadiləsi üçün texniki imkanlar, məlumatların inteqrasiyası ilə bağlı həyata keçiriləcək növbəti addımlar müzakirə edilib. Qeyd edilib ki, Dövlət Statistika Komitəsinin mütəxəssisləri tərəfindən işçi qrupun üzvlərinə təqdim edilmiş göstəricilər aidiyyəti üzrə baxıldıqdan sonra komitə ilə digər dövlət orqanları arasında məlumat mübadiləsinin rəsmiləşdirilməsi üçün müvafiq saziş layihələri hazırlanacaq.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.