Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov və ABŞ-ın dövlət katibi Reks U.Tillerson arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov ABŞ-ın dövlət katibinə ünvanladığı məktubunda ötən 25 il ərzində ölkələr arasında əlaqələrin xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın inkişafı ilə xarakterizə olunan strateji tərəfdaşlığa çevrildiyini vurğulayıb. Nazir hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verməklə ABŞ ilə enerji məsələləri üzrə yaxından əməkdaşlıq etdiyini bildirib. Bununla yanaşı, iki ölkənin terrorizmə qarşı mübarizə və kütləvi qırğın silahlarının yayılmaması üzrə uğurlu əməkdaşlıq etdiyini qeyd edərək, Azərbaycanın ABŞ-ın Əfqanıstandakı əməliyyatlarına dəstək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb.
Nazir E.Məmmədyarov Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın ədalətli vasitəçiliyinə etibar etdiyini və münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə nizamlanmalı olduğunu bildirib.
ABŞ-ın dövlət katibi Reks U.Tillerson E.Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin xüsusilə enerji sahəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini deyib. O, ABŞ-ın Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsi, iqtisadi imkanlarının artıtılması istiqamətində səylərinə dəstək verdiyini bildirib.
Dövlət katibi Azərbaycanın 11 sentyabr hadisələrindən sonra ABŞ-a dətək verən ilk ölkələrdən biri olduğunu vurğulayıb. O həmçinin, ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlı olduğunu qeyd edib.
Reks U.Tillerson dostluq və əməkdaşlığın 25 illiyi münasibətilə Amerika xalqı adından Azərbaycan xalqına təbriklərini çatdırıb.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.